...

Amerika şirkəti Rusiyadan uran idxalına icazə verməyi xahiş edib

Dünya xəbərləri Materials 10 May 2024 16:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin ən böyük nüvə yanacaq şirkəti olan “Centrus" Rusiyadan uranın idxalına qoyulan qadağaya istisna edilməsini istəyib.

Trend xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Şirkətdən qeyd olunur ki, bu material strateji cəhətdən vacibdir, bütün Amerika atom sənayesinin maraqlarını təmin edir.

"Centrus"un nümayəndəsi Lindsi Heysler bildirib ki, Rusiyadan uran idxalına qoyulan qadağanın istisnası həm şirkət, həm də bütün Amerika atom sənayesi üçün həlledici əhəmiyyət daşıyır.

Bundan əvvəl, aprelin 30-da ABŞ senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini qəbul etmişdi. Sənəddə qadağanın ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmasından 90 gün sonra qüvvəyə minməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti