Bakı. Trend:
Hər şeyin öz vaxtı var.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.
Mövsümün sonunda müqaviləsi başa çatacaq təcrübəli qolkiper karyerasını Rusiyada davam etdirmək variantına münasibət bildirib: “İndi hər şey yaxşıdır. Çalışmağa davam edirik. Azərbaycan kubokunun finalına hazırlaşırıq. Rusiya Premyer Liqasına qayıtmaq istəyinə gəlincə, hər şeyin öz vaxtı var”.
Qeyd edək ki, Andrey 2023-cü ilin yayından “Qarabağ”da forma geyinir.