Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup
hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışında
növbəti fəaliyyətlər icra edilir.
Təlim çərçivəsində şəxsi heyətlə maarifləndirici söhbətlər
aparılır, hərbi nizamnamələr, atəş, sıra, hüquq, mühəndis, rabitə,
hərbi tibbi hazırlıq üzrə məşğələlər və digər dərslər
keçirilir.
Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Təlim toplanışı zamanı ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, hərbi vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönələn fəaliyyətlər icra olunur, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın istismar qaydaları öyrədilir.