...

Bakı - İrəvan arasında normallaşma prosesi ilə bağlı mütəmadi görüşlər sülh sazişinin hazırlanmasında mühüm mərhələdir - Ceyhun Bayramov

Siyasət Materials 10 May 2024 14:55 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı müntəzəm görüşlər sülh sazişinin hazırlanması prosesinin mühüm elementidir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan və Qazaxıstan XİN rəhbərləri ilə üçtərəfli görüşdə deyib.

"Qazaxıstan tərəfinə, şəxsən Qazaxıstan prezidentinə Qazaxıstanda iki ölkənin nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsini keçirmək təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı müntəzəm görüşlər sülh sazişinin hazırlanması prosesinin mühüm elementidir. Son dəfə nümayəndə heyətləri iki aydan çox öncə Berlində görüşüblər", - deyə o bildirib.

C.Bayramov vurğulayıb ki, son görüşdən etibarən tərəflər arasında sülh sazişi layihəsi ilə bağlı şərhlərin mübadiləsi olub, həmçinin, əlavə olaraq danışıqlar prosesinin bu və ya digər aspektləri üzrə tərəflərin mövqelərini əks etdirən müəyyən sənədlər mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Almatı şəhərində səfərdədir. İki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının növbəti raundu keçirilir.

Xəbər lenti

Xəbər lenti