...

Azərbaycan cüdoçuları Avropa Kata turnirində

İdman Materials 11 May 2024 02:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcəklər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışda 10 ölkədən 104 idmançı qüvvəsini sınayacaq.

Ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke

Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov - uke

Xəbər lenti

Xəbər lenti