...

Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması ilə məhdudlaşmamalıdır - Mirzoyan

Gündəm Materials 10 May 2024 16:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki, regionda bütün nəqliyyat kommunikasiyalarını açmaq lazımdır.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, Ararat Mirzoyan azərbaycanlı və qazaxıstanlı həmkarları ilə Almatıda görüş zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması ilə məhdudlaşmamalıdır.

"Biz daha irəli gedərək bölgədəki bütün nəqliyyat kommunikasiyalarını aça bilərik", - deyə Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan sülhə və sülh müqaviləsinin bağlanmasına yönəlib.

"Biz danışıqlar prosesinə çox konstruktiv şəkildə cəlb olunmuşuq", - deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 10-da Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstan XİN rəhbəri Murat Nurtleunun iştirakı ilə danışıqlar aparılır. Görüşün sonunda onlar mətbuata açıqlama ilə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti