...

Naxçıvanda iki tələbə göldə boğularaq ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 10 May 2024 15:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda iki nəfərin boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan şəhəri ərazisində yerləşən bazar gölündə iki nəfər şəxsin - 2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

XXX
12.07

Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Trend xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşərək boğulublar.

Bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar. Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti