...

COP29 əməkdaşlıq üçün yeni platformadır - Ceyhun Bayramov

Siyasət Materials 10 May 2024 13:36 (UTC +04:00)
COP29 əməkdaşlıq üçün yeni platformadır - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 əməkdaşlıq üçün yeni platformadır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşü zamanı deyib.

Görüş zamanı iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və s. istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, COP29-un öz növbəsində əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti