Bakı. Trend:
Yaponiya əvvəlki illərdə alınmış COVID-19 preparatlarının 77 faizini məhv edəcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, həmin preparatların dəyəri təxminən 2 milyard dollar qiymətləndirilir.
Yaponiya hökuməti "Shionogi" əczaçılıq şirkətinə məxsus 4,3 milyon ədəd “Xocova” preparatı "Merck" istehsalı olan "Lagevrio" preparatı, həmçinin "Pfizer" firmasının “Paxlovid” tabletlərini məhv etmək niyyətindədir.
Qeyd olunur ki, pandemiya zamanı Yaponiya 5,6 milyon vətəndaş üçün koronavirusa qarşı vasitə alıb. 2024-cü ilə qədər əksər dərmanların istifadə müddəti bitib, buna görə də onlar utilizasiya olunmalıdır.