Bakı. Trend:
İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs müqaviləsi mümkündür.
Trend xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Simona Qalperin deyib.
Diplomat xatırladıb ki, daha öncə İsrail və HƏMAS arasında bəzi razılaşmalar, məsələn, girovların azad edilməsinə dair razılaşma əldə olunub.
"Sövdələşmənin qüvvədə olduğu zaman qısamüddətli atəşkəs razılaşdırıla bilər. Mən bunu istisna etmirəm", - deyə o bildirib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında Rəfahdakı döyüşlər səbəbindən danışıqlar dayandırılıb.
Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru hücumu başladacağına dair məlumat yayıb. Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.