...

Ulu Öndərin amalları ilə bərqərar olan qüdrətli Azərbaycan tarixin ən güclü dövrünü yaşayır - Azər Qarayev

Siyasət Materials 10 May 2024 14:07 (UTC +04:00)
Ulu Öndərin amalları ilə bərqərar olan qüdrətli Azərbaycan tarixin ən güclü dövrünü yaşayır - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Politoloq bildirib ki, Heydər Əliyevin zəngin irsi, müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolundakı fəaliyyəti onun həyatını daha dərindən öyrənməyə, təbliğ etməyə səbəb yaradır.

"Ulu Öndər bütün həyatını Azərbaycanın inkişafına həsr edib, xilaskarlıq missiyasını sonadək yerinə yetirib. Onun Vətəni və xalqı qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə xatırlanır. Hər il mayın 10-da xalqımız öz Ulu Öndərinin xatirəsini böyük ehtiramla yad edir.

Ümumilli Liderin hələ 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dövrdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər, Azərbaycanın gələcəyinə köklənmiş ideyaların mahiyyəti zaman keçdikcə daha aydın şəkildə anlaşılır.

Azərbaycanın mənəvi dəyərləri ilə yanaşı, tarixi şəxsiyyətlərini də məhv edən qüvvələr Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxıblar. Lakin təzyiqlərdən sarsılmayan Ulu Öndər sonradan Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksələndə milliləşdirmə siyasətini daha geniş vüsətlə davam etdirib. Dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti dövründə Heydər Əliyev çoxsaylı ziyalı və ictimai xadimləri milli ideyalara görə həbsdən, təqib və təzyiqlərdən xilas edib. İstər respublikaya rəhbərlik etdiyi dövrdə, istərsə də Moskvada işlədiyi vaxtlarda Ümummilli Lider gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi potensialının formalaşdırılmasına böyük diqqət yetirib.

İdarəçilik bacarığı və təcrübə ona çoxsaylı mürəkkəb vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə imkan yaradırdı. Azərbaycanın bir ölkə kimi inkişaf və intibahı Heydər Əliyevin rəhbərliyi altındakı dönəmdə reallaşmağa başlamışdır", - o deyib.

A.Qarayev qeyd edib ki, 1993-cü ildə H.Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra artıq müstəqil Azərbaycan üçün yeni strategiya müəyyənləşdirmiş, yeni xarici siyasi kurs başlatmışdı: "Həmin dövrdə qarşıda duran ən əsas vəzifə Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən xilas etmək, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq idi. Ölkədə yeni dövlət quruculuğu, sosial-iqtisadi və siyasi problemlərin tədricən və müvəfəqiyyətlə həll edilməsi, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin normallaşması, dünya ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması Azərbaycanın dünya birliyinə inteqrasiya prosesini aktivləşdirdi. Ölkənin beynəlxalq müstəvidə layiqli yer tutması, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin qurulması olduqca mühüm əhəmiyyət daşıyırdı. Bu əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümumilli Lider Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi".

Onun sözlərinə görə, Heydər Əliyev yetkin siyasi xadim, son dərəcə müdrik başçı idi. O atdığı hər addımla ölkənin maraqlarlarını hesaba alır, gələcəyə köklənirdi. 20-ci əsrin sonu Azərbaycan xalqı ölkənin ən çətin və mürəkkəb bir dönəmini yaşadı.

"Kəskin və ağır dövrün hamımız şahidi olduq, millətimiz böyük sınaqlardan keçdi. Heç şübhəsiz, xalq olaraq bu yoldakı liderimiz, dayağımız məhz H.Əliyev oldu. Onun rəhbərliyi dövründə görülmüş işlər, başlatdığı iri layihələr bu gün də çox böyük uğurla davam etdirilir. Ulu Öndərin amalları və ideyaları ilə möhkəm bünövrə üzərində bərqərar olan qüdrətli Azərbaycan bu gün tarixinin ən güclü dövrünü yaşayır. Heydər Əliyev siyasi kursunu xüsusi bacarıq və dinamik şəkildə inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu gün çətin və mürəkkəb dünyada ölkəmizin firavan və təhkükəsiz şəraitdə yaşamasına zəmin yaradır.

Tarixi Zəfər qazanan Azərbaycan ərazi suverenliyini tam bərpa edib. Ölkəmiz bu gün dünyada söz sahibi olan ölkələrdən biridir", - A. Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti