Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə dair layihəni razılaşdırıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Bildirilib ki, Brüssel bu layihəni hazırda Kiyevlə müzakirə edir.
Məlumata görə, Avropa İttifaqının 27 ölkəsinin səfirləri 11 səhifəlik “məxfi” sənədin mətni ilə bağlı razılığa gəliblər. Brüsselin Kiyevə iyuldan gec olmayaraq verməyə hazırlaşdığı zəmanətin müddəti Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyünədək davam edəcək.
Sənədə əsasən, Aİ və onun üzv dövlətləri Ukraynanın təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsinə hərbi və mülki yardım, humanitar, maliyyə, ticarət və iqtisadi dəstək, məcburi köçkünlərin yerləşdirilməsi, islahatlara, yenidənqurmalara dəstək, məhdudlaşdırıcı tədbirlər və diplomatik dəstək vasitəsilə həlledici töhfə verir.