...

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü iki gün davam edəcək

Siyasət Materials 10 May 2024 14:57 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Almatıda danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün çox faydalı olacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan və Qazaxıstan XİN rəhbərləri ilə üçtərəfli görüşdə deyib.

"Son danışıqların mühüm elementi həm də Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanması faktıdır.<...> Biz bu prosesə xüsusi diqqət yetiririk. Əminəm ki, Almatıdakı danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik", - o deyib.

Nazir əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi üzrə mütəmadi görüşlər sülh sazişinin hazırlanması prosesinin mühüm elementidir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Almatı şəhərində səfərdədir. Səfər çərçivəsində iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının növbəti raundunun keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, aprelin 30-da Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Bakı və İrəvan Almatıda danışıqlarda iştiraklarını təsdiqləyib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif edib.

Xəbər lenti

Xəbər lenti