Bakı. Trend:
Ermənistanın sorğusu əsasında Rusiyada saxlanılan keçmiş deputat Tiqran Urixanyan sərbəst buraxılıb.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu addımın səbəbi hələlik bəlli deyil.
Ermənistanda Tiqran Urixanyanın barəsində vəzifəli şəxs tərəfindən qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ittihamı ilə cinayət işi qaldırılıb.
xxx
11:45
Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, ona qarşı Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.
Qeyd edilir ki, T.Urixanyan daha əvvəl İrəvan Ağsaqqallar Şurasına seçilmişdi. Sonra onun səlahiyyətlərinə xitam verilib, çünki 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılmışdı.