Bakı. Trend:
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində həlak olanların sayı 3-ə çatıb, daha altı nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çayda batmış avtobusun içindən 9 nəfəri çıxarıblar.
Onlardan ikisinin vəziyyəti ağırdır, dördü klinik ölüm vəziyyətindədir, üç nəfər həlak olub.