Bakı. Trend:
Mayın 12-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi,
lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə
doğru intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi
yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru
arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-17°, gündüz 20-25° olacaq. Atmosfer
təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq
havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, axşam yüksək dağlıq ərazilərdə sulu qara
keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 25-30°, dağlarda gecə 3-8°,
gündüz 10-15° olacaq.