...

Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardım ayrılıb

Dünya xəbərləri Materials 11 May 2024 09:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardım göstərilməsini tapşırıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin saytı məlumat yayıb.

Qeyd olunur ki, Bayden ona verilmiş səlahiyyətlərdən istifadə edərək, bununla bağlı sərəncam verib.

“ABŞ konstitusiyası və qanunları ilə dövlət katibinə Ukraynaya kömək məqsədilə hərbi yardımlar, həmçinin hərbi hazırlıq üçün 400 milyon dollara qədər vəsaitin ayrılmasını tapşırırıram”, - məlumatda bildirilib.

Pentaqonun məlumatına görə, 2022-ci ilin fevral ayından ABŞ Kiyevə 50,6 milyard dollardan çox hərbi yardım ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti