Bakı. Trend:
Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, hadisə Antalya şəhərində qeydə alınıb.
Məlumata görə, içərisində 22 şagird və 2 müəllimin olduğu mikroavtobus yağış səbəbindən idarəetməni itirib.
Qəza nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis cəlb edilib. Xəstəxanaya aparılan yaralıların həyati təhlükəsi yoxdur.