...

Ermənistan öz qonşuları ilə mehriban münasibətlər qurmağa hazırdır - Xaçaturyan

Dünya xəbərləri Materials 10 May 2024 14:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ABŞ-a işgüzar səfəri çərçivəsində Sacramentoda Kaliforniya qubernatoru Qevin Nyusom ilə görüşüb.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, tərəflər Ermənistan və ABŞ arasında bütün istiqamətlər üzrə sıx və çoxtərəfli əməkdaşlığı yüksək qiymətləndiriblər.

Əsasən Kaliforniyada təmsil olunan erməni icmasının Ermənistan-Amerika münasibətlərində unikal rol oynadığı vurğulanıb.

Həmsöhbətlər regional və qlobal məsələləri və çağırışları müzakirə ediblər. Münaqişələrin sülh danışıqları yolu ilə həllin vacibliyi vurğulanıb.

Xaçaturyan Ermənistanın öz qonşuları ilə mehriban münasibətlər qurmağa hazır olduğunu təsdiqləyib, bunun təzahürü hazırda Ermənistan ilə Azərbaycan arasında ilk dəfə həyata keçirilən sərhədin delimitasiyası prosesidir.

Xaçaturyan Kaliforniya qubernatorunu Ermənistana səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti