...

COP29 Azərbaycan tarixində ən böyük tədbirdir – Elnur Soltanov

İqtisadiyyat Materials 10 May 2024 14:20 (UTC +04:00)
COP29 Azərbaycan tarixində ən böyük tədbirdir – Elnur Soltanov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP29 Azərbaycan tarixində ən böyük tədbirdir.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.

"Azərbaycan tarixində hələ COP29 kimi miqyaslı tədbirlər olmayıb və çətin ki, yaxın vaxtlarda bu cür hadisə baş versin. Bu, ölkəni ləyaqətlə təmsil etmək və BMT Konvensiyasının tərəflərində yaxşı təəssürat yaratmaq üçün şansdır. Biz buna görə çox böyük məsuliyyət hiss edirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Bu gün ADA Universitetində həmin universitetin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda dəyirmi masa keçirilir. Tədbirdə yüksək vəzifəli xadimlər, səfirlər, Azərbaycandan ekspertlər və ICESCO-nun üzvləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti