...

İrəvanda etiraz aksiyası iştirakçıları saxlanılıb

Dünya xəbərləri Materials 11 May 2024 13:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda "Vətən naminə Tavuş" müxalifət hərəkatının 40-dan çox iştirakçısı saxlanılıb.

Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fəallar baş nazir Nikol Paşinyanın istefasını tələb edilər.

"41 vətəndaş polisin qanuni tələblərini yerinə yetirməməsi səsəbindən polis idarələrinə aparılıb", - məlumatda qeyd edilib.

Qeyd edək ki, mayın 8-də Eçmiadzin dəftərxanasının rəhbəri arxiyepiskop Arşak Xaçatryan Ermənistan Milli Təhlükəısizlik Xidmətinə çağırılıb. Mənbələrə əsasən, aprelin 23-də hökumət tərəfindən təqiblərə səsəb arxiyepiskop Arşak Xaçatryanın fəallığı, onun sərt mövqeyi, tənqidi çıxışları, müsahibələri və xüsusilə məşəl yürüşü zamanı çıxışı olub.

Xatırladaq ki, Ermənistanın Armavir vilayətinin sakinləri Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində əldə olunan razılaşmaya etiraz olaraq İrəvan - Armavir yolunu bağlayıb.

Buna səbəb isə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlaması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti