Bakı. Trend:
Bazar günü “Park de Prens”də son oyunumu keçirəcəm. Fransanın ən böyük klubunun bir hissəsi olmaq böyük şərəfdir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Fransa yığmasının hücumçusu Kilian Mbappe deyib.
PSJ-dən gedişini rəşmi açıqlayan Mbappe vida məktubu dərc edib. Məktubda Kilian komanda ilə müqavilə müddətini artırmayacağını bildirib: PSJ-də son mövsümü keçirdiyimi açıqlamaq istəyirəm. Klubla müqaviləni yeniləməyəcəm. Bütün komanda yoldaşlarıma, işlədiyim baş məşqçiləri və idman direktorlarına çox sağ ol deyirəm. 7 il ərzində mənə böyük sevgi bəxş edən azarkeşlərin ümidlərini heç də həmişə doğrultmamışam. Onlara təşəkkür edirəm”.
Qeyd edək ki, Mbappenin “Real”la müqavilə bağlayacağı gözlənilir.