...

Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır - Qazaxıstanlı nazir

İqtisadiyyat Materials 10 May 2024 16:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan, Azərbaycan və Özbəkistan energetika sistemlərinin inteqrasiyası və Avropa İttifaqı ölkələrinə yaşıl enerjinin tədarükü üçün Xəzər dənizinin dibi ilə yüksəkvoltlu kabelin çəkilməsi üzrə layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işə başlayıblar.

Trend qazax mediasına istinadla xəbər verir ki, bu barədə mayın 10-da keçirilən brifinqdə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

Qazaxıstanlı nazir vurğulayıb: “Təmiz elektrik enerjisi almaqda maraqlı olduqlarını bildirən Aİ ölkələri ilə ilkin işlər aparılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksəkgərginlikli kabelin çəkilməsi haqqında Saziş imzalayıblar ki, bu da bizə təmiz, bərpaolunan enerjini premium bazarlara çatdırmağa imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyadan gedir”.

Almasadam Satkaliyevin sözlərinə görə, Xəzərətrafı zonanın külək potensialından və Aral zonasının elektirk enerjisinin ixracı üçün imkanlarından istifadə etməyi planlaşdırırıq. O əlavə edib: “Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işə başlanılıb, ona uyğun olaraq tikinti müddətləri də müəyyən ediləcək. Cari ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırılması üzrə ilkin nəticələr əldə olunacaq”.

Xatırladaq ki, mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri üç ölkənin enerji sistemlərinin inteqrasiyasına dair Əməkdaşlıq Memorandumu imzalayıblar. Memorandum Xəzər dənizinin dibi boyunca və digər ölkələrin ərazisində yüksəkgərginlikli kabel çəkərək enerji sistemlərinin birləşdirilməsi imkanlarının araşdırılmasını, texniki-iqtisadi baxımdan ən optimal ticarətin həyata keçirilməsini nəzərdə tutur, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistandan yaşıl enerjinin Avropa İttifaqı ölkələrinə tədarükünü hədəfləyir.

Xəbər lenti

Xəbər lenti