Bakı. Trend:
Türkiyədə polis tərəfindən narkotik tacirlərinə qarşı əməliyyatlar keçirilib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, İstanbulun Küçükçekmece şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki mütəşəkkil cinayətkar qrup saxlanılıb.
Saxlanılanlar arasında hər iki təşkilatın rəhbərləri ilə yanaşı, onların üzvləri də yer alır.
Qeyd edək ki, 40 fərqli ünvanda keçirilən əməliyyatlar zamanı sənədsiz silahlar, narkotiklər, çoxlu əskinaslar və pullar ələ keçirilib.
Saxlanılan 32 şübhəli cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürməyə cəhd, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ittiham olunub.