...

Azərbaycan və Slovakiya müstəqil siyasət aparan ölkədir

Siyasət Materials 10 May 2024 16:23 (UTC +04:00)
Azərbaycan və Slovakiya müstəqil siyasət aparan ölkədir

Bakı. Trend:

Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də Avropa İttifaqının üzvü olan ölkələrlə əlaqələrin genişləndirilməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa ölkələrinə səfərləri, eyni zamanda Avropa ölkələri rəhbərlərinin Azərbaycana səfərləri çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafının bariz nümunəsidir.stimulverici amil rolunu oynayır. Bu baxımdan may ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusi önəm kəsb edir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması haqqında təsəvvür yaradır.

Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, “Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq. Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik. Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii qaz hasilatını artırır. Bu məqsədlə yeni yataqlar kəşf olunur və həmin yataqlarda istismar artıq başlanmışdır. Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslı yaşıl gündəliyini də icra edir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas ünvanı Avropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəklər”. Azərbaycan və Slovakiya dövlətləri arasında əlaqələrinin yüksək səviyyədə olması hər iki dövlətin çox gözəl gələcəyinin olmasından xəbər verir. Ölkələrimiz arasında siyasi-iqtisadi, enerji və sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbət səviyyədədir. Ölkələrimiz arasında münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu göstəricilər hər iki dövlətin uğurlu əməkdaşlıq üçün qənaətbəxş hesab etmək olar. Ölkəmizə olan geniş tərkibli səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək və ölkələrimizin gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti