...

Azərbaycan və Ermənistan birgə səylərlə sərhəddə minatəmizləmə işləri aparır - Nazir

Siyasət Materials 10 May 2024 14:47 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sərhəddəki ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan Ermənistanla birgə çalışır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan və Qazaxıstan XİN rəhbərləri ilə üçtərəfli görüşdə deyib.

"Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyası prosesinin əsasını qoyan protokolun imzalanması faktı son danışıqların mühüm elementidir. Bu protokol 19 aprel 2024-cü ildə delimitasiya məsələləri üzrə müvafiq komissiyaların sədrləri tərəfindən imzalanıb. Bu protokolun müddəalarına uyğun olaraq işçi qruplarının, ekspert qruplarının müəyyən edilmiş müddətdə və çərçivədə işlərini həyata keçirmələri sevindirici faktdır", - deyə o bildirib.

Nazir qeyd edib ki, qısa müddətdə böyük işlər görülüb:

"Birgə səylərlə müvafiq sahələrin minalardan təmizlənməsi işləri aparılıb, coğrafi koordinatlar dəqiqləşdirilib və bu bölgədə sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatdırılıb".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Almatı şəhərində səfərdədir. İki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının növbəti raundu keçirilir.

Xəbər lenti

Xəbər lenti