...

Şəhid Elşad Qayımovun yas mərasimi keçirilib

Cəmiyyət Materials 11 May 2024 12:47 (UTC +04:00)
Şəhid Elşad Qayımovun yas  mərasimi keçirilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunun Hacıqurbanoba kəndində Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Qayımovun üç mərasimi keçirilib.

Trend xəbər verir ki, şəhidimizin bir vaxtlar böyüyüb boya-başa çatdığı evdə təşkil olunan mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,yerli hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri,qazilər və ictimayyət nümayəndələri iştirak edib.

Mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıb.

Elşad Qayımovun yaxınları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti