Bakı. Trend:
Fransa öz liderinə inamını sürətlə itirir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi mərkəzçi siyasi alyans bu ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək.
Bildirilir ki, bu, Makronun karyerasında ən dağıdıcı məğlubiyyət olacaq.
Son sorğulara görə, iki sağçı fransız siyasətçi - Marin le Pen və Jordan Bardella indi Fransa prezidentliyinə ən populyar namizədlərdir.
Qeyd edilir ki, Fransada növbəti president seçkiləri 2027-ci ildə keçiriləcək.