...

Vadim Vasilyevin son vəziyyəti açıqlandı

İdman Materials 10 May 2024 17:36 (UTC +04:00)
Vadim Vasilyevin son vəziyyəti açıqlandı

Bakı. Trend:

Hazırda özümü normal hiss edirəm.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.

Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçunun sözlərinə görə, müalicəsini davam etdirir:

“Dostumun köməyilə hər gün fizioterapiyaya gedirəm. Artıq müalicə sayəsində sol əlimi də işlədə bilirəm. Bütün müalicə və dərman xərclərimin hamısına Heydər Əliyev Fondu nəzarət edir. Həkimlər 6 aya tam şəkildə sağalacağıma vəd edirlər. Əvvələ nisbətən hər şey çox daha yaxşıdır”.

Xəbər lenti

Xəbər lenti