Bakı. Trend:
40 azərbaycanlı tələbə və Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan PUA Bakıda ilk uçuşunu həyata keçirib.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, hərbi məqsədlər üçün nəzərdə tutulan PUA-nın bütün hissələri tələbələr tərəfindən istehsal edilib.
Qeyd edək ki, layihədə iştirak edən dörd tələbə “Bayraktar Technology Azərbaycan” şirkətindən iş təklifi aldıqdan sonra təhsil almaq üçün Türkiyəyə gətirilib.