...

Mişustin yenidən Rusiyanın baş naziri oldu (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 May 2024 17:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyası Dövlət Duması bu gün keçirilən iclasda Mixail Mişustinin Rusiya Federasiyasının Baş naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, M.Mişustinin namizədliyinin lehinə - 375, əleyhinə - 0 səs verilib, 57 deputat bitərəf qalıb.

Deputatlar M.Mişustinə suallar ünvanlayıblar. Dövlət Dumanın tribunasından fraksiyaların rəhbərləri öz mövqelərini bildiriblər.

Həmçinin, bu gün M.Mişustinin Dövlət Duması fraksiyaları ilə görüşləri keçirilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Mixail Mişustini Rusiya hökumətinin sədri vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.

xxx

09:54

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustini Rusiya hökumətinin sədri vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin deyib.

O qeyd edib ki, əgər deputatlar təşəbbüsü dəstəkləsələr, dövlət başçısı baş nazirin təyin edilməsi haqqında fərman imzalayacaq.

"Qanunvericilik və icra hakimiyyətinin birgə işinin yeni mərhələsi başlayır. Namizədliyin müzakirəsi zamanı parlament üzvləri prezidentin qarşıya qoyduğu bəzi vəzifələrin necə həll olunacağı suallarına cavab almaq istəyirlər. Bu, ilk növbədə demoqrafik siyasətə, insanların rifahının artırılmasına, çox uşaqlı ailələrə dəstək olmağa və gənclər siyasətinin həyata keçirilməsinə, texnoloji suverenliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın və regionların inkişafına, ölkənin müdafiə qabiliyyətinin artırılmasına aiddir", - spiker əlavə edib.

Xatırladaq ki, mayın 7-də Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Vladimir Putinin fərmanı ilə istefa verib. Bu, prezidentin andiçmə mərasimi ilə bağlıdır, ondan sonra qanunla hökumət istefaya getməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti