...

AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib (FOTO)

Cəmiyyət Materials 10 May 2024 14:50 (UTC +04:00)
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

10 may 2024-cü il, Bakı – Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi dünya şöhrətli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarətçilər Ulu öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti