Bakı. Trend:
Gədəbəydə Rusiya vətəndaşı yaşadığı evdə ölü tapılıb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, 11.01.2024-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşı 1971-ci il təvəllüdlü Koveşnikov Eqor Stepanoviç Gədəbəy rayonu Novosaratovka kəndində yaşadığı evin həyətində ölüb.
Müəyyən edilib ki, o, vərəm xəstəliyindən əziyyət çəkirmiş.