...

HƏMAS lideri Xan-Yunis şəhərinin altındakı tunellərdə gizlənib - KİV

Dünya xəbərləri Materials 11 May 2024 11:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS lideri Yəhya Sinvar Han-Yunis şəhərinin altındakı tunellərdə gizlənə bilər.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvar anklavın cənubundakı Xan-Yunis şəhərinin altındakı tunellərdə gizlənir.

"Sinvarın dəqiq yeri məlum olmasa da, rəsmi şəxslər bu məlumatı İsrail kəşfiyyatına ötürüblər. Rəfahdan təxminən səkkiz kilometr şimalda, Xan-Yunis şəhərindəki yeraltı tunellərdə gizlənir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, mayın 7-nə keçən gecə İsrail ordusunun quru qüvvələri antiterror əməliyyatı çərçivəsində Rəfaha daxil olub. İsrail tankları Qəzza zolağı tərəfindən Rəfah keçid məntəqəsinin ərazisi üzərində operativ nəzarəti ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti