...

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

İqtisadiyyat Materials 11 May 2024 13:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon 339,4 min manat təşkil edib.

Trend DVX-yə istinadən məlumat verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon manat vəsait daxil olub.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 4 milyard 522,6 milyon manata çatıb.

Ödənilən vergilərin 67,9 %-i qeyri-neft-qaz sektorunun, 32,1 %-i isə neft-qaz sektorunun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti