...

"Air Astana" Azərbaycana qastronomik səfər etməyə çağırıb

Dünya xəbərləri Materials 26 Fevral 2024 16:12 (UTC +04:00)
"Air Astana" Azərbaycana qastronomik səfər etməyə çağırıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiyanın ən böyük aviaşirkəti olan Air Astana (Qazaxıstan) qonaqpərvər Azərbaycana qastronomik səfər etməyə çağırıb.

Trend xəbər verir ki, bununla əlaqədar aviaşirkətin "Telegram" kanalında Azərbaycanın yeməkləri və təamları barədə məqalə dərc edilib.

"Qonaqpərvər Azərbaycana qastronomik səfərə yollanaraq, zəngin dad və ətirləri kəşf edin", - deyə qeyd edilir.

Aviaşirkət, həmçinin, Azərbaycana gələcək olan qonaqların mütləq dadmalı olduğu 4 növ təam təqdim edib:

Plov - düyü, ət, quru meyvələr, qoz-fındıq və ədviyyatlardan hazırlanan yeməkdir. Azərbaycanda plov xüsusi ustalıqla hazırlanır.

Dolma - bu, qiymə və düyü ilə doldurulmuş üzüm yarpaqlarından və ya tərəvəzlərdən ibarət klassik Azərbaycan yeməyidir.

Şəkərbura - bu, qoz-fındıq, şəkər, bal və ədviyyatlarla doldurulmuş nazik xəmirdən ibarət ənənəvi Azərbaycan şirniyyatıdır.

Qutab - bunlar qiymə, göyərti, pendir və ya balqabaq ilə doldurulmuş nazik xəmirdir. Bu, Azərbaycanda məşhur küçə yeməyidir, adətən, qatıq və ya nar sousu ilə təqdim edilir.

Qeyd edək ki, "Air Astana" qrupu Qazaxıstanın Almatı, Astana və Aktau şəhərlərində Bakıya uçuşlar həyata keçirir. Uçuşlar həftədə 7 dəfə olmaqla həyata keçirilir.

Bunlardan Astana - Bakı - Astana istiqamətində həftədə 2, Almatı - Bakı - Almatı istiqamətində Air Astana ilə həftədə 2 reys həyata keçirilir, Aktau - Bakı - Aktau istiqamətində isə həftədə 3 uçuş FlyArystan ("Air Astana" qrupuna daxildir) tərəfindən həyata keçirilir.

Onu da bildirək ki, 2023-cü il ərzində Azərbaycana 58 072 Qazaxıstandan turist səfər edib. Bu isə 2022-ci il ilə müqayisədə (30 350 turist) 91 faiz daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti