...

Rusiyada iki güclü zəlzələ olub

Dünya xəbərləri Materials 30 May 2025 09:05 (UTC +04:00)
Rusiyada iki güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada - Kurilin cənub sahillərində iki güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyası məlumat yayıb.

Bildirilib ki, mayın 30-na keçən gecə Sakit okeanda silsilə yeraltı təkanlar qeydə alınıb. Onların maqnitudası 4,8 və 4,6 bal təşkil edib. Seysmoloji aktivliyin episentri İturup adasından cənub-şərqdə qeydə alınıb.

Seysmoloji stansiyanın rəsmisi zəlzələlərin yeraltı ocağının dərinliyi barədə məlumat verməyib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti