...

Yaponiyada nazir Kuril adalarını “xarici ərazi” adlandırdığına görə töhmət alıb

Dünya xəbərləri Materials 10 Noyabr 2025 10:18 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Okinava və Şimal əraziləri (Kuril adaları) üzrə naziri Hitoşi Kikavada Kuril adaları ilə bağlı səsləndirdiyi fikirlərə görə hökumət tərəfindən rəsmi töhmət alıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 8-də baş verib.

Nazir Hokkaydo prefekturasındakı Nemuro şəhərinin Nosappu burnunu ziyarət edib. Buradan Kuril adaları aydın görünür. Jurnalistlərin təəssüratlarla bağlı sualını cavablandırarkən Kikavada bildirib:

“Bura Yaponiyanın ən uc nöqtəsidir. Yaxud bəlkə uc nöqtə demək bir az kobud səslənir... Bu ərazilər xaricə ən yaxın nöqtədir, buna görə də onları öz gözlərimlə görmək önəmlidir.”

Bu ifadə Yaponiyada birmənalı qarşılanmayıb. Jurnalistlər hökumətin baş katibi Minoru Kiharadan bunun “Kuril adalarının Rusiya ərazisi kimi tanınması” kimi qəbul olunub-olunmadığını soruşublar. Kihara cavabında qeyd edib ki, nazirin sözləri “səhv anlaşılmaya səbəb ola biləcək” xarakter daşıyır və ona daha diqqətli olmağı tapşırıb.

“Nazir Kikavadan işini məsuliyyətlə davam etdirməsini gözləyirik,” – deyə Kihara bildirib və onun vəzifədən azad edilməyəcəyini də əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti