...

“ChatGPT” bank sisteminə inteqrasiya olunacaq

Dünya xəbərləri Materials 13 Noyabr 2025 11:55 (UTC +04:00)
“ChatGPT” bank sisteminə inteqrasiya olunacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın “Mitsubishi” holdinqinə daxil olan maliyyə şirkəti - “Mitsubishi UFG Financial Group” Amerikanın “OpenAI” şirkəti tərəfindən yaradılmış “ChatGPT” süni intellekt çat-botunu bank tətbiqlərinə inteqrasiya etməyi planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu çat-bot istifadəçilərə maliyyə idarəçiliyi ilə bağlı məsləhətlər verəcək.

“Biz “OpenAI Group PBC” ilə əməkdaşlıq sazişi imzalamışıq. Süni intellektin tövsiyələri vasitəsilə hesab açılması və xidmətlərə müraciət proseslərində kompleks dəstək göstərən bir xidməti tətbiq edəcəyik”, – deyə şirkətin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti