Bakı. Trend:
Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının açdığı atəş nəticəsində Hələbdə ölən mülki şəxslərin sayı 5-ə çatıb, 31 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Al-Ikhbariya" televiziya kanalı xəbər verib.
Bundan əvvəl dörd nəfərin öldüyü, 18 nəfərin yaralandığı barədə məlumat verilib. Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi SDQ döyüşçülərinin atəşi nəticəsində ən azı üç təhlükəsizlik qüvvəsi əməkdaşının yaralandığını bildirib.