...

Kuril adaları yaxınlığında güclü zəlzələ oldu

Dünya xəbərləri Materials 16 Fevral 2026 00:23 (UTC +04:00)
Kuril adaları yaxınlığında güclü zəlzələ oldu

Bakı. Trend:

Rusiyanın Kuril adaları sahillərində 6 maqnitudalı zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyasında bildirilib.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 599 km cənub-qərbdə və Severo-Kurilskdən 285 km cənub-qərbdə, zəlzələ ocağı təxminən 55 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti