...

İlkin məlumatlara əsasən, İrəvandan Soçiyə uçan təyyarənin qəzaya uğraması pis hava şəraitilə bağdıdır

Dünya xəbərləri Materials 3 May 2006 15:17 (UTC +04:00)

Ermənistanın Baş Mülki Aviasiya İdarəsinin (BMAİ) rəisi Artem Movsisyan bəyan edib ki, ilkin məlumatlara əsasən, "Armavia" şirkətinin İrəvan-Soçi reysi ilə uçan A-320 təyyarəsinin qəzaya uğraması pis hava şəraitilə bağlıdır. "Mediamaks" agentliyi xəbər verir ki, bunu A.Movsisyan Ermənistan prezidentinin rəhbərliyi ilə keçirlən brifinqdən sonra bildirib.

Trend agentliyinin məlumatına əsasən, A.Movsisyan deyib ki, Soçidə pis hava şəraitinin olması haqqında məlumat gəldikdə Gürcüstan səmasında olan təyyarə heyəti geri dönməyi qərarlaşdırıb. Lakin sonra hava şəraitinin yaxşılaşdığı haqqında məlumat daxil olub və təyyarə yenə Adler limanına istiqamət tutub.

A.Movsisyan deyib ki, Ermənistan tərəfi təyyarənin qəzaya uğraması haqqında xəbəri Rusiyanın Fövqaladə Hallar Nazirliyindən alıb.

O həmçinin bildirib ki, hələlik cəmi 18 nəfərin meyiti tapılıb. Sərnişinlər arasında 77 Ermənistan vətəndaşı və 28 Rusiya vətəndaşı olub.

A.Movsisyan bəyan edib ki, A-320 təyyarəsi 2006-cı ilin aprelində yoxlamadan keçib və hər hansı bir texniki problem aşkarlanmayıb.

Xəbər lenti

Xəbər lenti