...

Gürcüstanda mərhələli enerji tarifi təsdiqlənib

Dünya xəbərləri Materials 11 May 2006 17:53 (UTC +04:00)

Energetikanın Tənzimlənməsi üzrə Milli Komissiya mərhələli enerji tarifini təsdiqləyib.

Trend agentliyi xəbər verir ki, yeni tarifə əsasən, paytaxt sakinləri 1 kilovat saatdan 100 kilovat saatadək enerjiyə görə 13,48 tetri, 101 kilovat saatdan 300 kilovat saatadək - 16 tetri, 301 kilovat saatdan artıq- 17,69 tetri ödəyəcək.

Regionlarda bu göstərici 11,88, 16,52, 17,9 tetri təşkil edəcək.

Milli Komissiyanın iclasında bir neçə dəfə müzakirəni pozmağa cəhd edən Leyborist Partiyası və "Demokratik Cəbhə" fraksiyasının nümayəndələri iştirak edib.

Müxalifət əhalini tariflərin artırılması ilə razılaşmayaraq, etiraz etməyə çağırıb. Bu barədə "Praym-Nyus" xəbər vreib.

Xəbər lenti

Xəbər lenti