...

Gürcüstanın baş naziri: Gürcüstan iqtisadiyyatı bu il keçən ildəkindən 30% intensiv inkişaf edir

Dünya xəbərləri Materials 8 İyun 2006 15:45 (UTC +04:00)

Gürcüstan iqtisadiyyatı bu ilin beş ayı ərzində keçən ilin bu dövrü ilə müqayisədə daha intensiv inkişaf edir. Bu barədə Gürcüstan hökümətin bu günkü iclasında baş nazir Zurab Noqaideli bildirib.

Trend in KAFKAZ-PRESS-ə əsasən xəbər verdiyi kimi, onun sözlərinə görə, bu ilin yanvar-may ayları ərzində Gürcüstanın iri müəssisələrinin tədavülü keçən ilin analoji dövrünə nisbətən 30% artıb. O deyib: "Bu dövr ərzində ölkədə 30 000 yeni müəssisə qeydiyyatdan keçib və bu, stabil olmasa da, 20 000 yeni iş yerinin yaranmasına səbəb olub".

Noqaideli özəl müəssisələrdə əmək haqqı fondunun artmasını da qeyd edib. Onun sözlərinə görə, əgər keçən il özəl şirkətlərin əmək haqqı fondu 450 milyon lari təşkil etmişdisə, bu ilin beş ayı ərzində fond 590 milyon lariyə qədər artıb. O deyib: "Bu o deməkdir ki, yalnız bu il özəl sektorda 70 000 yeni iş yeri yaradılıb".

Baş nazir qeyd edib ki, yenə də hökümətin başlıca məqsədi iqtisadiyyatda islahatların həyata keçirilməsi, yeni iş yerlərinin yaradılmasıdır. O deyib: "Bu proses indikindən daha da çox inkişaf etdiriləcək".

Xəbər lenti

Xəbər lenti