...

Kipr prezidenti T.Papadopulos Nazirlər Kabinetində kadr dəyişiklikləri edib

Dünya xəbərləri Materials 8 İyun 2006 18:47 (UTC +04:00)

Kipr prezidenti Tassos Papadopulos ölkənin nazirlər kabinetində kadr dəyişiklikləri edib. Bu gün açıqlanmış bəyanata əsasən, Nazirlər Kabinetinin 11 üzvündən 6-sı işdən azad olunacaq, xarici işlər naziri vəzifəsinə isə hazırkı ticarət və sənaye naziri Georq Lilikas təyin olunacaq. "Associated Press" agentliyinin məlumatına əsasən, digər üzvlər öz vəzifələrində qalacaq.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata görə, bu, T.Papadopulosun sol-mərkəzçi hökumətinin formalaşdırıldığı 2003-cü ilin fevral ayından bəri il böyük miqyaslı kadr dəyişikliyidir.

Xəbər lenti

Xəbər lenti