...

İsrail Livanda atəşin təcili dayandırılması ilə razılaşa bilməz

Dünya xəbərləri Materials 31 İyul 2006 17:41 (UTC +04:00)

İsrail Livanda təcili olaraq atəşin dayandırılması ilə razılaşa bilməz və Livanın "Hizbullah" hərəkatının təhdidinin neytrallaşdırılmasına qədər hərbi əməliyyatı davam etdirəcək. Bu barədə bazar ertəsi İsrailin müdafiə naziri Amir Perets bildirib.

"Biz "Hizbullah" bayraqlarının ölkəmizi hədələyərək, yenə də sərhəddə dalğalanması ilə razı ola bilmərik... Atəşin dərhal dayandırılması ilə razılaşmaq olmaz", - deyə İsrail parlamentariləri qarşısında çıxış edən Perets bildirib.

Trend in RİA Novosti-yə istinadən xəbər verdiyi kimi, nazirin sözlərinə görə, İsrail, Livanın havadan bombalanmasına 48 saatlıq moratoriuma baxmayaraq, "Hizbullah" hərbçilərinə qarşı əməliyyatı genişləndirmək niyyətindədir. Moratorium Livanın cənubunda yerləşən Kana kəndindəki faciədən sonra elan olunub. Burada İsrailin atdığı bomba nəticəsində təxminən 60 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti