...

Tokio ABŞ-ın mövqelərinin yüngülləşməsinə baxmayaraq, KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək – baş nazir

Dünya xəbərləri Materials 15 Mart 2007 11:06 (UTC +04:00)

Yaponiya hökuməti ABŞ-ın KXDR-ə münasibətdə mövqelərinin yüngülləşməsinə baxmayaraq, Pxenyana qarşı sanksiyaların ləğvinə getməycək. Bu barədə bu gün Yaponiyanın baş naziri Sindzo Abe dünən ABŞ adminstrasiyasının Makaoda (Aomen) "Delta Eyşa" bankında Şimali Koreya hesablarının qismən dondurulmasını elan etməsi ilə əlaqədar bəyan edib. Bu barədə İTAR-TASS məlumat verib.

"Bu ölçülər Yaponiyaya heç bir təsir etməyəcək", bəyan edən Abe qeyd edib ki, "KXDR altıtərəfli danışıqlarda əldə olunmuş razılıqlara uyğun olaraq nüvə proqramından imtina etməlidir".

Xəbər lenti

Xəbər lenti