...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Tiflisə gələcək

Dünya xəbərləri Materials 20 Aprel 2007 18:32 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/22-23 apreldə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Tiflisə baş çəkəcək. Bu barədə xarici işlər nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonaq xarici işlər naziri Gela Bejuaşvili ilə görüşəcək. Görüşdə söhbət Qara dəniz sahilyanı ölkələrinin iqtisadi əməkdaşlığı barədə olacaq.

Qeyd etmək lazımdır ki, Leonidas Krizantopulos Gürcüstanın baş naziri Zurab Noqaideli ilə görüşməyi planlaşdırıb. Lakin bu görüş Zurab Noqaidelinin sağlamlıq durumu ilə əlaqədar baş tutmayacaq.

Xəbər lenti

Xəbər lenti