...

Türkiyənin qəzet yazarı: "Seçkilərlə əlaqədar müxalifətin iqtidar partiyasına təzyiqləri davam edəcək"

Dünya xəbərləri Materials 10 May 2007 13:38 (UTC +04:00)
Türkiyənin qəzet yazarı: "Seçkilərlə əlaqədar müxalifətin iqtidar partiyasına təzyiqləri davam edəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyədə prezident seçkiləri ilə əlaqədar müxalifət partiyalarının hakim partiyaya təzyiqləri artacaq, AKP yenidən iqtidarda olacağı təqdirdə, həll edilməmiş qalan məsələlərin həllini tələb edəcəklər. Bu barədə Türkiyənin "Hüryıldız" qəzetinin yazarı Hilal Doruk cümhurbaşqanı seçkiləri ilə əlaqədar yaranmış vəziyyəti şərh edərkən bildirib.

Doruk qeyd edib ki, seçkilərlə əlaqədar sağ təmayüllü düşərgədə Ana Vətən Partiyası (ANAP) ilə Doğru Yol Partiyasının (DYP) ittifaqı mövcuddur. Lakin sözügedən partiyalarda aşağıdan başlanan dağılmalar onların yuxarı idarəetmə orqanlarına da təsir göstərib və nəticədə seçkidə uğur qazanmaq imkanlarını aşağı endirib. Sol düşərgədə isə Cümhuriyyət Xalq Partiyası (CHP) və Demokratik Sol Partiyasının (DSP) İttifaqı var. Lakin bu birləşmə də hələ tam dəqiqliyinə çatmayıb. Şərhçi Doruk hesab edir ki, CHP-nin başqanı Dəniz Baykalın qurucu olmayan dekonstruktiv müxalifətçi davranışları həm özünə bəslənən inamı zəiflədib, həm də partiyanın əsasında fikir ayrılıqları meydana gətirib.

"CHP üçün vəziyyətdən çıxış yolu kimi DSP ilə birləşmək ən son çarədir. Bu zaman ən azından solçuların səslərini alacaqlarını zənn edirlər. Mənim fikrimcə, bu, uğursuz bir birləşmədir. Millətçi Hərəkat Partiyası (MHP) isə hazırda səssizdir, bunun səbəbi bəlkə də səsyığma potensialını yüksəltmək məqsədilə çox göz önündə olmamaq, bununla da partiyanın nüfuzunu tükətməməkdir. Bu davranışı ilə MHP-nin milliyətçi və digər sağ kəsimin səslərini ala biləcəyini düşünürəm".

Doruk əlavə edib ki, hələki iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) inancları üzündən üzərinə bu qədər çox gedilməsinə baxmayaraq, bu partiyanın səs qazanmaq üçün böyük potensialı var. Doruka görə, bu seçkilər Türkiyədəki siyasi böhranı az da olsa azaldacaq. Çünki cümhurbaşkanlığı seçimlərinə qədər doğrusuyla yanlışlarıyla davam etməkdə olan bir partiya hakimdir.

Doruk xatırladıb ki, cümhurbaşkanlığına baş nazir Ərdoğan tərəfindən irəli sürülən namizəd Abdullah Gülə qarşı olan təzyiqlər hadisələrin gedişatını dəyişərək ölkədə erkən seçkilər təyin olunmasına gətirib çıxardı: "AKP Avropa Birliyi qapılarını zorlamamalı və Avropa dövlətlərinin türk millətini öz aralarında görmək istəmədiklərini göz önünə gətirərək, AB-dən vaz keçməlidir. Əvəzində daha fərqli addımlar atılmalı, Türk Birliyinə yönəlmiş fəaliyyətlər göstərilməlidir. Türkiyə Cümhuriyyəti layiqli, demokratik bir ölkə simasını daşıyır. Ancaq iqtidar partiyasının din üzərindən siyasət yürütməsi xristian birliyinə daxil olmaq istəyən, həmçinin AKP-nin inanclı görüntüsünə uymayan xalqın təpki göstərməsinə səbəb olub" - deyə yazar qeyd edib.

Doruk sonda bildirib ki, bu təzyiqlərin artması Türkiyə dövləti üçün yeni bir xaos yaranmasına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti