...

Türkiyə Konstitusiya Məhkəməsinin sədri: "Türkiyədə prezident seçkiləri həmişə problemli keçir"

Dünya xəbərləri Materials 14 May 2007 13:55 (UTC +04:00)
Türkiyə Konstitusiya Məhkəməsinin sədri: "Türkiyədə prezident seçkiləri  həmişə problemli keçir"

Azərbaycan, Bakı /müx. Trend S.İlhamqızı / Türkiyə Konstitusiya Məhkəməsinin sədri Tulay Tuğcu şənbə günü Bakıda bəyan edib ki, sədri olduğu strukturun hərbçilərin təsiri altında olması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Bakıya səfərin yekunlarına dair keçirdiyi brifinqdə Tuğcu qeyd edib ki, Türkiyədə Konstitusiya Məhkəməsinin XİN başçısı Abdulla Gülün prezidentliyə namizədliyinin tanınmaması ilə bağlı spekulyativ fikirlər səslənir. Onun sözlərinə görə, Türkiyədə prezident seçkiləri ilə bağlı yaranmış durum mövcud rejimin dəyişməsinə dəlalət etmir. Eyni zamanda Tuğcu bildirib ki, hazırkı prezident və hakimiyyətin səlahiyyətlərində hər hansı dəyişiklik yoxdur.

Tuğcunun sözlərinə görə, Türkiyədə prezident seçkiləri həmişə problemlərlə müşahidə olunub. O həmçinin ölkəsində keçirilən kütləvi etiraz aksiyalarını müsbət dəyərləndirib. Tuğcu hesab edir ki, bu, Türkiyədə demokratik dəyərlərin və vətəndaş cəmiyyətinin güclənməsinin göstəricisidir.

Xəbər lenti

Xəbər lenti